Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Honor” brendi satıla bilər


Çinin "Huawei" şirkəti növbəti modellərdə istifadə ediləcək çiplərin çatışmazlığı ilə əlaqədar törəmə "Honor" brendini satışa çıxara bilər. Bu barədə "Gizmochina" nəşrinin məşhur analitik Minq-Çi Kuoya istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "RG.ru" resursuna istinadən yazır ki, analitikin sözlərinə görə, törəmə brendin satılması "Huawei" şirkətinin ABŞ tərəfindən tətbiq edilən qadağaların qarşısını almaq üçün mümkün senarilərdən biridir. O, həmçinin qeyd edib ki, "Honor" brendi "Huawei"dən ayrılaraq müstəqil şəkildə fəaliyyət göstərsə, ABŞ tərəfindən tətbiq olunan məhdudiyyətlər əsas şirkətə cüzi təsir göstərəcək. Minq-Çi Kuonun fikrincə, bu, biznesin inkişafına və "Honor" üçün komplekt hissə tədarükçülərinin vəziyyətini yaxşılaşdırmağa kömək edə bilər.

 

Analitik onu da vurğulayıb ki, son sanksiyalardan sonra Çinin digər istehsalçılarının – "Xiaomi", "Oppo", "Vivo" şirkətlərinin payında böyük artım qeydə alınıb. Lakin "Honor" digər şirkət tərəfindən satın alınacağı təqdirdə bu, bazardakı vəziyyətə böyük təsir göstərməyəcək.

 

Nizam Nuriyev






10/10/20    Çap et