Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HUAWEI” Çində ən bahalı texnoloji şirkət elan edilib


ABŞ-ın "Forbes" jurnalının analoqu olan Çinin nüfuzlu "Hurun" nəşri Çində ən "güclü" elektronika istehsalçılarının reytinqini dərc edib. Reytinqdə birinci yeri ABŞ-ın sanksiyalarına baxmayaraq "HUAWEI" şirkəti tutub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, sözügedən nəşrin mütəxəssisləri "HUAWEI" şirkətinin kapitallaşmasını 163,8 milyard dollar məbləğində qiymətləndiriblər ki, bu da 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 14,9 milyon dollar azdır. Jurnalistlərin fikrincə, bu azalma 2020-ci ilin mayında ABŞ hökuməti tərəfindən tətbiq edilmiş ticarət sanksiyası ilə əlaqədardır. İndi "HUAWEI" şirkətinin heyəti dünyanın 170 ölkəsində çalışan təxminən 194 min əməkdaşdan ibarətdir, brendin auditoriyası isə 3 milyarddan çoxdur.

 

Çində ən bahalı elektronika istehsalçılarının reytinqində növbəti yerləri "Xiaomi" (65,6 milyard dollar), "Vivo" (26 milyard dollar) və "OPPO" (25,3 milyard dollar) şirkətləri tutublar. Pilotsuz təyyarələrin istehsalı üzrə ixtisaslaşmış "DJI" brendi "Hurun" nəşrinin reytinqində ilk beşlikdə yer alıb.

 

Emil Hüseynov






13/10/20    Çap et