Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Virtual dünya böyük təhlükə ilə üz-üzə qalacaq
Edit Kouen Universitetindən Avstraliya mütəxəssisləri yeni tip kiberhücum dalğasını proqnozlaşdırırlar.
Onların qənaətincə, bu tip kiberhücumlara qarşı müasir müdafiə vasitələri az effektli ola bilərlər.
Baş müəllim Mürrey Brend bu taktikanı "ikinci doğuluş" adlandırır. Yeni hücumların mahiyyəti aşağıdakı kimidir. Birinci mərhələdə kibercinayətkarlar “soxulcan”ı internetə qoşulmuş kompyuterləri yoluxdurmaq və botnet formalaşdırmaq üçün istifadə edirlər.
Sonra internetdə müxtəlif ziyanverici proqramların axtarışı və surətinin toplanılması üçün xüsusi utilit aktivləşdirilir.
Sonra toplanmış proqramlar elə modifikasiya olunurlar ki, onları müasir antivirus və proaktiv müdafiə vasitələri ilə aşkar etmək maksimal dərəcədə çətinləşsin.
Bundan sonra ziyanverici proqram təminatının yeni dəsti kompyuter şəbəkələrinə hücum, informasiya sistemlərinin işinin pozulması və s. üçün istifadə edilə bilər.
Cənab Brend hesab edir ki, belə texnika o qədər yüksək hesablama yüklənməsi yaradacaq ki, bir çox kompyuterlər, sadəcə, onun öhdəsindən gəlməyəcək.
Hesablamalara əsasən, 2011-ci ilin sonuna internetdə müxtəlif ziyanverici kod nümunələrinin sayı 75 milyonu ötəcək.
13/12/11 Çap et