“Nokia” şirkəti 2009-cu ilin populyar modeli stilində hazırlanmış “225 4G” adlı ucuz telefonunu təqdim edib. Bu haqda şirkətin materiallarına istinadən “GizmoChina” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, qurğu klassik düyməli cihaz stilində işlənib hazırlanıb: plastikdən olan düzbucaqlı korpus, kiçik rəngli displey və fiziki klaviatura. Yeni aparat görünüşcə əfsanəvi “Nokia 6700” telefonunu xatırladır. “Nokia 225 4G” aparatı 2,4 düymlük ekrana və əsas VGA kameraya malikdir, dördüncü nəsil şəbəkələrini və “VoLTE” standartını dəstəkləyir. Həmçinin FM radio, LED fənər, “microSD” yaddaş kartı üçün slot var.
Aparat geniş istehlakçı kütləsi üçün nəzərdə tutulub. “Nokia” şirkətinin bəyanatına əsasən, cihaz uzun müddət avtonom işləyə bilir. Həmçinin “215 4G” modeli təqdim edilib. “225 4G”dən fərqli olaraq onda kamera yoxdur.
“Nokia 6700” orijinal modeli 2009-cu ildə təqdim edilib. 2020-ci ildə təqdim edilmiş modeldən fərqli olaraq, köhnə telefon bir neçə rəng seçiminə malik paslanmayan poladdan olan korpus, işıqlanma dərəcəsi indikatoru, daxili akkumulyatoru olan çexolla təchiz edilmişdi.
Emil Hüseynov