Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AOC” və “Porsche Design” oyun monitorlarının yaradılması ilə məşğul olacaq


“AOC” şirkəti və “Porsche Design” studiyası arasında masaüstü oyun stansiyalarının tərkibində tətbiq edilmək üçün yeni seriyalı monitorların işlənib hazırlanmasını nəzərdə tutan əməkdaşlıq haqqında saziş imzalanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, tərəfdaşlığın məqsədi “AOC” şirkətinin displeylər sahəsində texnologiya və işləmələrinin “Porsche Design” studiyasının premium sinifli nəfis və cəlbedici məhsulların yaradılması sferasında təcrübəsi ilə birləşdirilməsidir.

 

Əməkdaşlıq nəticəsində “Porsche Design AOC Agon” oyun monitorları yaradılacaq. Hazırda monitorların texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, tərəfdaşlar onların yeniləmə tezliyinin 144 giqahers təşkil edəcəyinə işarə edirlər.

 

Məlumata görə, ilk “AOC” və “Porsche Design” məhsullarının payızın sonunadək təqdim ediləcəyi gözlənilir. Bundan başqa, hazırlanan yeni qurğular barədə ətraflı məlumatın yaxın vaxtlarda açıqlanacağı planlaşdırılır.

 

“IDC” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə dünya oyun kompüter və monitorları bazarının həcmi 49,6 milyon ədədə çatacaq. Proqnoz özünü doğruldacağı təqdirdə 2019-cu ilə nisbətdə artım 16,2 faiz təşkil edəcək. Oyun monitorlarının ümumi tədarük həcmində payının isə təxminən 12,4 milyon ədədə bərabər olacağı gözlənilir.

 

Nizam Nuriyev






14/10/20    Çap et