Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Zoom” videokonfranslar xidmətində “end-to-end encryption” funksiyası tətbiq ediləcək


“Zoom” videokonfranslar xidməti gələn həftə sınaq rejimində videozənglərin edilməsi vaxtı istifadəçilərin məlumatlarını mühafizə etmək üçün “end-to-end encryption” funksiyasını tətbiq edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, həmçinin şirkətin rəsmisi deyib ki, onlayn tədbirlərin yeni formatda keçirilməsinə imkan verən funksiya əlçatan olacaq. Məsələn, belə virtual görüşlər zamanı pul toplanılması təşkil edilə bilər və istifadəçilər xidmətin yeni daxili funksionalından istifadə edərək pulu birbaşa “Zoom” üzərindən göndərə bilərlər.

 

Xatırladaq ki, yeni koronavirusun yayılması və bir çox insanların distant iş rejiminə keçməsi ilə əlaqədar “Zoom” xidmətinin populyarlığı xeyli artıb. Eyni zamanda xidmət istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmədikləri üçün bir neçə dəfə tənqid edilib.

 

Emil Hüseynov






15/10/20    Çap et