“WhatsApp” messencerində çoxdan gözlənilən funksiya istifadəyə veriləcək
“WhatsApp” messencerində tətbiqetmənin daxilində xüsusi çatda dəstək xidməti ilə əlaqə saxlamaq mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, “Android” əməliyyat sistemi üçün 2.20.202.7 tətbiqetməsinin beta-versiyasının sazlamalar menyusunda istifadəyə verilmiş yeni bölmədə istifadəçi öz qurğusu və hər hansı problem haqqında informasiya barədə sorğu yarada biləcək. Bundan sonra istifadəçi xüsusi dəstək çatında mesaj alacaq və texniki mütəxəssislə əlaqə saxlaya biləcək.
Funksiya hazırlanma mərhələsindədir, istifadəyə verilmə tarixi hələ bilinmir.
Qeyd edilib ki, bundan əvvəl messencerin dəstək xidmətinə müraciət etmək üçün xüsusi poçt ünvanına elektron məktub göndərmək lazım idi.
Emil Hüseynov