Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” və NASA Ayda “4G” şəbəkəsi istifadəyə verməyi planlaşdırırlar


NASA agentliyi “Nokia” şirkətinin Ayda “4G” mobil rabitə şəbəkəsi yaratmaq layihəsini maliyyələşdirəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, infrastrukturun yaradılmasına təxminən 14,1 milyon dollar xərclənəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, agentliyin planlarına Ayda mobil bazaların qoşulması daxildir. Mütəxəssislər orada bir neçə tədqiqat və dağ-mədən mərkəzi quracaqlar. Onların fəaliyyəti, həmçinin sürətli məlumat mübadiləsi şəbəkəsindən asılı olacaq, məhz bunun üçün tədqiqatçılar “4G”-dən istifadə etmək istəyirlər, amma onlar tezliklə “5G” şəbəkəsinə keçmək istəyirlər.
 
Tədqiqatçılar sınaqlar zamanı Nyu-Meksikada 4 teleskop və Yer kürəsinin orbitindəki peyklərdən birini istifadə ediblər. Siqnal lazerin köməyi ilə kodlaşdırılmış infraqırmızı impulslar şəklində ötürülüb. Teleskoplar 40 vatt gücündə siqnal göndərə biliblər. Alimlər Ayın səthində yükləmə sürəti 19,44 Mbit/s və ötürülmə sürəti 622 Mbit/s olan giriş nöqtəsi əldə ediblər.
 
Emil Hüseynov




17/10/20    Çap et