Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində uşaqlarda asılılıq yaradan onlayn xidmətlər qadağan edilib


Çin hakimiyyəti yetkinlik yaşına çatmayan istifadəçiləri qorumaq üçün onlayn xidmətlər barəsində qanunvericiliyi sərtləşdirib. Bu haqda "Reuters" nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "newsru.com" saytına istinadən yazır ki, internet şirkətləri üçün 1 iyun 2021-ci il tarixindən qüvvəyə minəcək yeni tələblər yetkinlik yaşına çatmayan şəxslərə "asılılıq yaradan məhsul və xidmətlər" təklif etməyi qadağan edir. Qadağa onlayn xidmətlərin yaradıcılarına, həmçinin axınlı audio və videoxidmətlərə aid edilir. Bundan başqa, yeni qaydalar sosial şəbəkələrə də şamil ediləcək. Şirkətlər qanunu pozmamaqdan ötrü xidmətlər üçün asılılığın qarşısını alan funksional hazırlamalıdırlar. Məsələn, vaxta nəzarət funksiyası.

 

Emil Hüseynov






20/10/20    Çap et