“Xiaomi” şirkəti televizor qurğularını yeniləyərək “Xiaomi Mi Box 4S” modelini nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, yeni televizor qurğusu “Cortex-A53” (1,5 giqahers) nüvəsi, “Mali-450” qrafik sürətləndiricisi, 2 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaşa malik dördnüvəli “SoC Amlogic” prosessoru, 4K (3840 х 2160 piksel) təsvir ölçüsü və genişləndirilmiş “HDR” dinamik diapazonu dəstəyi, eləcə də məlumatların daha sürətli ötürülməsi və daha stabil siqnal qəbulu üçün qoşa diapazonlu “Wi-Fi” ilə təchiz edilib. Bundan başqa, saniyədə 60 kadrla “4K” və “2K” təsvir ölçülü “H.265” video dekodlaşdırma dəstəyi mövcuddur.
Qurğu “BLE low energy” (Bluetooth 4.1) modulu, “Dolby Audio” və “DTS-HD” texnologiyalarının dəstəyi ilə təchiz olunub. Bundan başqa, yeni qurğu “Xiaomi Mi Box 4S” kimi pult vasitəsilə məsafədən səsli idarəetməni dəstəkləyir.
Artıq Çində “Xiaomi Mi Box 4S” qurğusu üçün 43 dollara ilkin sifarişlərin qəbuluna başlanılıb.
Nizam Nuriyev