Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qərbi Avropanın smartfon bazarının 33%-i “eSIM” ilə olan modellərin payına düşəcək


“Strategy Analytics” şirkətinin proqnozuna görə, 2020-ci ildə “eSIM” virtual SİM kart texnologiyasını dəstəkləyən smartfonların Qərbi Avropa bazarına tədarük həcmi 65% artaraq 39 milyona yaxınlaşacaq. Mütəxəssislərin fikrincə, bu il regiona tədarük edilmiş ümumi smartfon tədarük həcminin 33%-i “eSIM” ilə olan modellərin payına düşəcək ki, bu da ötənilki göstəricidən çoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Qərbi Avropa bazarına tədarük edilən “eSIM” ilə olan smartfonların əksəriyyəti “Apple” və “Samsung” modelləridir. Həmçinin bəzi Çin brendləri virtual SİM kart texnologiyasını dəstəkləyən aparatlar təklif edirlər.

 

“2020-ci ildə Qərbi Avropaya tədarük edilmiş “eSIM” texnologiyasına malik hər dördüncü smartfon “Apple” şirkətinə məxsusdur. Regiona tədarük edilən yeni “iPhone” modelləri bu texnologiyanı dəstəkləyir. “Samsung”, həmçinin virtual SİM kart texnologiyasını dəstəkləyən əsas smartfon istehsalçıları siyahısına daxildir” – “Strategy Analytics” şirkətinin mütəxəssisi Ville-Petteri Ukonaho deyib.

 

Emil Hüseynov






21/10/20    Çap et