Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” üçün yeniləmədə təhlükəsizlik və interfeys təkmilləşdirilib


“Microsoft” korporasiyası yeni “Windows 10 October 2020 Update” (Windows 10 20H2) yeniləməsini elan edib. Əməliyyat sisteminin bloqunda dərc edilmiş məlumata əsasən, yeniləmə tezliklə bütün istifadəçilərə əlçatan olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yeniləmə düzəlişlər və iş məhsuldarlığının yaxşılaşmasından ibarətdir. Həmçinin təhlükəsizliklə əlaqədar funksiyalara dəyişiklik ediləcəyi ilə bağlı söz verilib. Məsələn, “Windows 10 20H2” yeniləməsində istifadəçini üz və ya barmaq izinə görə müəyyənləşdirən “Windows Hello” sistemi vasitəsilə biometrik giriş alqoritmləri yenidən işlənib.

 

Oktyabr yeniləməsində "işə salma" menyusu yenidən işlənib. Proqram ikonkalarının altındakı rəngli fon şəffaf fonla əvəz ediləcək. “Windows” sistemində bildirişlər isə yeni loqotiplər əldə edəcək.

 

Emil Hüseynov






21/10/20    Çap et