Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bankomat və post terminalları sayı artıb
Azərbaycanda nəğdsiz ödənişin tətbiqinin genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, hazırda paytaxt Bakı və regionlar üzrə bankomatların sayı 2 min 73-dür .
Məkəzi Bankdan verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 205 ədəd çoxdur. Bankomatların 1.154-ü Bakıda, 919-u digər şəhər və rayonlarda yerləşir.
Pos-terminallar 12 min 477 ədəddir. Pos-terminalların 11 min 463-ü Bakıda, 1.014-ü isə digər regionlarda yerləşir.Dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 9 faiz artaraq 4 milyon 471 minə çatıb.
Qeyd edək ki, “Azərpoçt”MMC də bu sahədə nailiyyətlər əldə edib. Bakı şəhərində bankomat və post terminallar quran müəssisə artıq regionlarda da uyğun tədbirlərə başlayıb.
14/12/11 Çap et