Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hitachi” şirkəti sürətli “Ultrastar C10K900” vinçesterlərinin tədarükünə başlayır
“Hitachi Global Storage Technologies” (Hitachi GST) şirkəti korporativ sinif avadanlığına quraşdırma üçün nəzərdə tutulmuş “Ultrastar C10K900” sərt disklərinin sınaq tədarüklərinə başlayıb.
İstehsalçı iddia edir ki, yeni vinçesterlər hazırda şpindelin 10000 dövr/dəq fırlanma sürəti ilə ən sürətli daşıyıcıdır. Digərləri ilə müqayisədə bu vinçesterlər iş rejimindən asılı olaraq, 17-18% məhsuldarlıq artımı təmin edirlər.
“Ultrastar C10K900” diskləri 2.5 düymlü form-faktorda hazırlanıb; kompyuterə “SAS” (Serial Attached SCSI) interfeysi vasitəsilə qoşulur. Buferin tutumu 64 MB-a bərabərdir; orta axtarışın müddəti 3,8 ms-dir.
“Ultrastar C10K900” seriyasının vinçesterləri 300, 450, 600 və 900 QB tutumlu modifikasiyalarda istehsal edilir. Kütləvi tədarüklər 2012-ci ilin birinci rübünə nəzərdə tutulub; qiyməti bildirilmir.
14/12/11 Çap et