Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” üçün “iPhone 12 mini” smartfonunun yığcam analoqu olmayacaq


Çində fəaliyyət göstərən “Android” smartfon istehsalçıları hələ ki kiçikölçülü telefon ekranlarına geri qayıtmaqda perspektiv görmürlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “iPhone 12” smartfonunun təqdimatından sonra yığcam smartfonlara maraq yaranıb. Daha sonra “Xiaomi Redmi” bölməsində bildiriblər ki, diaqonalı 6 düymə kimi ekranla təchiz edilmiş yeni yığcam qurğunun istehsal imkanını nəzərdən keçirirlər, amma xəbərdarlıq ediblər ki, akkumulyatorun tutumunun məcburi kiçildilməsinə görə belə qurğunu lazımi avtonom iş müddəti ilə təmin etmək mümkün olmayacaq.

 

Ancaq Çin insayderi iddia edir ki, smartfon istehsalçıları hələ ki yığcam modellərə geri qayıtmağı planlaşdırmır. Birincisi, belə modellərə tələbat az olacaq. İkincisi, istehsalçılar istehsal xətlərinin modernləşdirilməsi və indi diaqonalı 6 düymdən böyük “Android” smartfonlar üçün nəzərdə tutulmuş yeni komponentlərin mənimsənilməsi üçün böyük pul xərcləməlidirlər.

 

Emil Hüseynov






22/10/20    Çap et