Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 düymlü sensor ekrana malik mini-planşet
“Lenovo” şirkəti Çində planşet və smartfonun hibridini təşkil edən “LePad 2005S” mini-kompyuterinin satışlarına başlayıb.Qurğunun əsasını 1,2 QHz takt tezliyində işləyən ikinüvəli “Qualcomm MSM8260” prosessoru təşkil edir. Tutumlu texnologiya üzrə hazırlanan sensor ekran 5 düym diaqonala malikdir; kəskinliyi bildirilmir.
Mini-planşet 1 Qb əməli yaddaş, 8 QB tutumlu fləş daşıyıcı, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth” simsiz əlaqə adapterləri, “GPS” qəbuledicisi, 1,3 meqapikselli ön kamera və 5 meqapiksel matrislə arxa kamera ilə təchiz edilib. “MicroUSB” portu və “MicroHDMİ” interfeysi var.
“CDMA/HSPA+” mobil şəbəkələrində işləyən yenilik “Android 2.3” əməliyyat sistemi ilə işləyir. Qurğunun çəkisi təxminən 200 qramdır.
Çin bazarında “LePad 2005S” qurğusunun qiyməti təxminən 415 dollardır; digər regionlara tədarük edilməsi haqqında hələlik informasiya yoxdur.
14/12/11 Çap et