Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumatları 186 Qbit/s sürətlə ötürməyə imkan verən şəbəkə texnologiyası yaradılıb


Bir neçə Amerika universitetindən olan tədqiqatçılar qrupu yeni şəbəkə texnologiyasının hazırlanması haqqında  məlumat veriblər. Yeni şəbəkə texnologiyası məlumatları 186 Qbit/s sürətlə ötürməyə imkan verir. Gün ərzində belə əlaqə kanalı vasitəsilə təxminən 2 milyon qiqabayt məlumat ötürmək olar.

Yeni texnologiya hal-hazırda mövcud olan və 40 Qbit/san ötürmə sürəti ilə işləyən müasir magistral əlaqə kanallarından istifadə edir.

Mütəxəssislər məlumatların ötürülməsinin yeni texnologiyasından hələ ki bir neçə Amerika və Kanada universitetlərini birləşdirərək təcrübi məqsədlərlə istifadə etməyi planlaşdırırlar.





14/12/11    Çap et