Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” “portativ” data mərkəzləri yaradıb


“Microsoft” korporasiyası “Azure” (MDC) modul məlumat emalı mərkəzini təqdim edib. O, mahiyyət etibarilə daxilində serverlərin olduğu böyük qutu şəklindədir. Şirkətin planlarına görə, texnologiya ucqar yerlərdə tətbiq edilərək peyk rabitəsi operatorları vasitəsilə internetə fasiləsiz çıxışı təmin edəcək. Belə data mərkəzlərindən mobil komanda mərkəzləri kimi, humanitar yardımların göstərilməsi və ya hərbi missiyalar zamanı istifadə nəzərdə tutulur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Microsoft” nümayəndələrinin sözlərinə görə, bütün dünyada rabitə siqnalının zəif səviyyədə olduğu və xüsusiləşmiş infrastruktura məhdud çıxışlı əlverişsiz şəraitli ərazilərdə “bulud” hesablamaları və məlumatların saxlanmasına tələbat mövcuddur. “MDC” bu problemi həll edərək məlumat emalı hesablama resurslarını lazım olan yerdə təklif edir.

 

Qeyd olunur ki, “MDC” daxilində məlumatlar hava və digər istənilən əlverişsiz şəraitdən, o cümlədən radiotezlik şülanmasından etibarlı qorunur. Ən birinci tərəfdaşlardan biri serverləri “Starlink” peyk interneti üçün istifadəni planlaşdıran “SpaceX” şirkəti olacaq. Bununla əlaqədar “Microsoft” İlon Maskın genişzolaqlı peyk interneti şəbəkəsi vasitəsilə müştəriləri bütün xidmətlər dəsti ilə təchiz edə bilən “Azure Space” təşəbbüsünü istifadəyə verib.

 

Nizam Nuriyev






26/10/20    Çap et