Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

10 il sonra mobil texnologiyalar necə olacaq?


Hələ ki "5G" qurğular geniş yayılmasa da, istehsalçılar artıq "6G" texnologiyasından istifadəyə hazırlaşırlar. "Vivo" şirkəti yeni nəsil mobil şəbəkələri araşdırmasına başlayıb və 10 il sonra daha populyar olacaq rəqəmli qurğuları açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Vivo" şirkətinin rabitə sahəsində elmi tədqiqat institutunun rəhbəri Sin Feyin sözlərinə görə, 2030-cu ildə smartfonlar əvvəlki kimi aktual olacaq, çünki sensor ekran mobil qurğu ilə qarşılıqlı əlaqədə ən praktik və əlverişli vasitə olaraq qalacaq. Eyni zamanda bazarda AR/VR cihazların payı xeyli artacaq. Şirkətin nümayəndəsi hesab edir ki, gələcəkdə bu cihazlar daha incə, yüngül və rahat olacaq, "insan beyni – kompüter" interfeysinin təkmilləşdirilməsi nəticəsində onları düyməsiz idarə etmək mümkün olacaq.

 

Sin Fey, həmçinin deyib ki, yaxın 10 ildə robot texnikası sahəsində böyük irəliləyiş gözlənilir. Məsələn, indi populyar olan robot modellərini çoxlu sayda faydalı funksiyalara malik daha qabaqcıl həllər əvəz edəcək. Bundan başqa, şirkətin fikrincə, "6G" ilə bugünkü standartlar arasında fərq süni intellekt komponenti ilə bağlı olacaq. O, adi rabitə xidmətləri dəstini hesablama imkanları və məlumatların saxlanılması xidməti ilə "gücləndirməyə" imkan verəcək.

 

Emil Hüseynov






26/10/20    Çap et