Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti 300 dollara təhlükəsiz smartfon təqdim edib


Cənubi Koreyanın “LG” şirkəti 300 dollara təhlükəsiz smartfon təqdim edib. Söhbət ABŞ-ın “MIL-STD-810G” hərbi standartı üzrə qorunan “LG Q52” modelindən gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon HD təsvir ölçülü 6,6 düymlük IPS maye kristal displeyi, 4 QB əməli yaddaş, 64 QB daxili yaddaş və “MediaTek Helio P35” prosessoru ilə təchiz edilib. Əsas kamera 48, 8, 2 və 2 mp-lik 4 moduldan ibarətdir. Ön panelə quraşdırılmış selfi kameranın təsvir ölçüsü 13 mp-dir. Model 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

 

“Wi-Fi”, “Bluetooth 5.0”, “NFC” modulları və “USB-C” portu var. Smartfonun qiyməti 300 dollardır.

 

Emil Hüseynov






26/10/20    Çap et