Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” sahiblərinin sayı bir milyardı ötüb


“Apple” məhsulları üzrə ixtisaslaşmış sahə üzrə analitik Nil Sibart “iPhone” brendinin populyarlığı ilə bağlı hesabat dərc edib. O deyib ki, satışların qlobal azalmasına baxmayaraq, 2020-ci ilin sentyabrında “iPhone”nun aktiv istifadəçilərinin sayı bir milyardı ötüb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, məlumata görə, sözügedən brend belə yüksək göstəriciyə auditoriyasının böyük sədaqəti və köhnə modellərin uzun müddət dəstəklənməsi sayəsində nail ola bilib. Analitikin sözlərinə görə, “iPhone” istifadəçilərinin əksəriyyəti öz qurğusunu eyni brendin modeli ilə yeniləyir, bu halda köhnə qurğunu qohumlarına verir və ya ikinci bazarda satırlar.

 

"Apple əvvəlki kimi, il ərzində 20-dən 30 milyonadək yeni “iPhone” istifadəçisi cəlb edir" – analitik öz hesabatında qeyd edir.

 

Emil Hüseynov






28/10/20    Çap et