"Tinder" xidmətinin istifadəçiləri indi videogörüntü üzrə tanış olmaq imkanı əldə ediblər. Bu ilin yayından bəzi bazarlarda sınaqdan keçirilən funksiya indi hər kəs üçün əlçatandır.
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Face to Face" funksiyası şəxsi məlumat paylaşımı olmadan yalnız təkbətək formatda ünsiyyət qurmağa imkan verir. Funksiya hər iki həmsöhbət tərəfindən aktivləşdirilməlidir. İstifadəçilər xidmətdə "cütlük" olduqdan sonra zəng etmək mümkün olur.
2020-ci ilin 3-cü rübünün nəticəsinə görə, "Tinder" istifadəçi xərclərinin həcminə görə dünyada birinci yeri tutub. "App Annie" şirkətinin hesabatına əsasən, "TikTok" ikinci, "YouTube" isə üçüncü olub.
Emil Hüseynov