Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Artıq 14 nanometrlik çiplər hazırlanır
“İntel” korporasiyasının Şimali Avropadakı idarəedici direktoru Pet Blimerin sözlərinə əsasən, şirkətin laboratoriyalarında artıq 14 nanometr texnoloji proses üzrə hazırlanmış test mikrosxemləri vardır.
Qeyd edək ki, 14 nanometr texnoloji proses üzrə istehsal planları 2011-ci ilin yayında məlum olub. O zaman “İntel” korporasiyası 2014-cü ildə belə prosessorların tətbiqi və 2018-ci ildə isə 10 nanometr texnoloji proses üzrə hazırlanan prosessorlara keçid haqqında bildirib.
14/12/11 Çap et