Dünyada ən böyük sərt daşıyıcı istehsalçılarından biri olan “Seagate” 2020-ci ilin sonunadək 20 TB-lıq sərt disk təqdim etməyi planlaşdırır. Şirkətin rüblük hesabatındakı bu informasiyaya istinadən “Techpowerup” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 20 TB-lıq sərt disk cari ilin dekabrında təqdim ediləcək. 20 TB-lıq HDD hələ ki yalnız “Western Digital” şirkəti tərəfindən istehsal edilir. “Seagate” şirkəti 2026-cı ildə 50 TB-lıq sərt disk istehsalını planlaşdırır.
“Seagate” şirkətindən bildirilib ki, onların texnoloji həlli sərt daşıyıcının enerji istehlakını azaldaraq sürətini artıracaq.
Emil Hüseynov