Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tibetdə dünyanın ən yüksək dağlıq data mərkəzi tikilir


Çinin Tibet muxtar bölgəsində “bulud” hesablamaları mərkəzinin inşası aparılır. Layihənin birinci mərhələsinin 2021-ci ildə istismara veriləcəyi gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, tikintinin birinci mərhələsi başa çatdıqdan sonra data mərkəzində 10 min server şkafı quraşdırılacaq, onun sahibkarlıq fəaliyyətindən əldə edilən illik gəlir isə 223,5 milyon dollar təşkil edəcək. Bu, mərkəzə ölkədə və Cənubi Asiyada əsas müştərilərin məlumatların saxlanılması ehtiyaclarını ödəməyə imkan verəcək.

 

Məlumata görə, mərkəz Lhasa yeni yüksək texnologiyaların mənimsənilməsi zonasında yerləşir ki, bu da dünyada ən yüksək dağlıq data mərkəzi hesab olunur.

 

Lhasa şəhərində yerləşən mərkəzin operatoru qismində çıxış edən “Ningsuan Technology Group” şirkətinin məlumatına görə, mərkəz videonun renderi, avtonom idarəetmə, məsafədən təhsil məlumatlarının ehtiyat saxlanılması və s. sahələrdə xidmətlər göstərəcək.

 

Mərkəz ölkənin Pekin, Şanxay, Anhoy, Tzyansu və Sıçuan kimi əyalət və şəhərlərinə, eləcə də Nepal, Banqladeş, Pakistan və bir sıra Cənub-Şərqi Asiya ərazilərinə xidmətlər təqdim edəcək.

 

Nizam Nuriyev






30/10/20    Çap et