Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda sosial internet ideyaları müsabiqəsi keçiriləcək


İyul ayında Azərbaycanda sosial internet ideyaları müsabiqəsi keçiriləcək.
Sosial Yeniliklər Düşərgəsi (SYD) adlanan bu müsabiqənin məqsədi - əhalinin sosial problemlərini həll edəcək və ya əhalinin sosial tələbatlarına cavab verəcək ən yaxşı internet əsaslı layihələri müəyyən etməkdir. Bu barədə SYD-dən verilən məlumatda bildirilir. Düşərgə mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı tərəfindən həyata keçirilir. Təşkilatçıların məqsədi bu tipli internet ideyaların arasından ən yaxşılarını seçmək, eləcə də qalib gəlmiş layihəyə düşərgədən sonra reallaşdırılmaq üçün konsaltinq xidmətini təşkil etməkdir. Layihədə proqramçı, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxslər qatıla bilər.
Qeyd edək ki, düşərgə zamanı layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq və münsiflər heyətinin böyük hissəsi SYD üzrə əcnəbi mütəxəssislər olacaq. İdeya sahibi qismində istənilən şəxs 2 iyuladək (www.syd-az.net) müraciət edə bilər.
ŞXatırladaq ki, Azərbaycanda ilk belə tədbir ötən il sentyabrın 18-19-da məhz “Transitions” təşkilatı tərəfindən keçirilmişdi.




23/06/11    Çap et