Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Xiaomi Mi Notebook 14” noutbuku nümayiş olunub


“Xiaomi” şirkətinin vitse-prezidenti və Hindistan bölməsinin baş direktoru Manu Kumar Ceyn yeni noutbuk nümayiş etdirib. Şirkət rəhbəri yeni qurğunun əsas texniki xüsusiyyətləri barədə məlumatlar təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qurğunun əvvəllər buraxılan “Mi Notebook 14” və “Mi Notebook 14 Horizon Edition” modelləri ilə müqayisədə əsas fərqi nazik çərçivədə yerləşən inteqrasiya edilmiş veb-kamera ilə təchiz edilməsindədir. Onuncu nəsil “Intel Core i3” prosessoru əsasında qurulan “Xiaomi Mi Notebook 14” 256 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib. Vitse-prezidentin sözlərinə görə, çəkisi 1,5 kq təşkil edən qurğu yaxın vaxtlarda satışa çıxarılacaq.

 

“Xiaomi Mi Notebook 14” noutbukunun qiymətinin açıqlanmamasına baxmayaraq onun ilkin qiymətinin 470 dollar olacağı ehtimal edilir.

 

Nizam Nuriyev






30/10/20    Çap et