Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş enerjisi ən ucuz elektrik enerjisi olub


Hər ötən il günəş enerjisi daha da populyarlaşır. Beynəlxalq Enerji Agentliyinin (BEA) rəsmi məlumatına görə, indi günəş enerjisi ən ucuz elektrik enerjisi növü hesab edilir və bu göstərici üzrə qaz və kömürü geridə qoyub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, BEA-nın yeni hesabatına əsasən, bərpa olunan enerji mənbələri ənənəvi enerji mənbələrindən daha əlverişlidir. İlk növbədə söhbət həm kommersiya sektoru, həm də ev idarəetmələrində populyarlaşan günəş elektrik stansiyalarından gedir. Bu proses təmiz enerjiyə keçidi sürətləndirməyə çalışan dövlətlərin maliyyə dəstəyi nəticəsində baş verir.

 

Hesablamalara əsasən, 2040-cı ilədək dünyada günəş enerjisinin hasilinin artımı ən azı 43% təşkil edəcək. Bu, maddi yardımdan başqa, günəş panellərinin qiymətinin azalması, həmçinin texnologiyaların səmərəliliyinin artırılması hesabına baş verəcək. Qeyd edək ki, statistika istehlak layihələrinə deyil, nəhəng günəş elektrik stansiyalarına əsaslanır.

 

Emil Hüseynov






02/11/20    Çap et