Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung SmartThings Find” cihazların axtarış xidməti bütün dünyada əlçatan olub


“Samsung” şirkəti “SmartThings” ekosistemi çərçivəsində “Find” xidmətinin qlobal istifadəyə verilməsini elan edib. İndi smartfon, qarnitur, planşet və “ağıllı” saatların sahibləri dünyanın müxtəlif regionlarında sürətli axtarış üçün xüsusi mobil proqramdan istifadə edə biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni xidmət qurğunu aşkar etmək üçün enerjiyə qənaətcil “Bluetooth Low Energy” (BLE) protokolu, həmçinin kiçik məsafələrdə genişzolaqlı simsiz rabitə texnologiyasından istifadə edir. İlk öncə bu funksiya ABŞ, Böyük Britaniya və Cənubi Koreya ərazisində istifadəyə verilib, amma indi həm də başqa ölkələrdən olan istifadəçilər üçün əlçatandır.

 

“SmartThings” proqramının yenilənmiş versiyasının yüklənməsindən sonra qurğu sahibinə “Galaxy” seriyasına aid bütün mövcud qurğuları əlavə etmək təklif ediləcək. Aparat söndürülmüş olduqda belə onu xidmətin köməyi ilə axtarıb tapmaq olar, çünki o, BLE siqnalı generasiya edir, "retranslyatorlar" kimi isə xidmətdən istifadə edən başqa smartfonlardan istifadə edir. “Samsung”un nümayəndələri, həmçinin bildiriblər ki, qurğular arasında ötürülən bütün məlumatlar etibarlı şəkildə qorunur , axtarılan aparatın yeri haqqında informasiya isə yalnız onun sahibinə əlçatandır.

 

Emil Hüseynov






02/11/20    Çap et