“Apple” korporasiyası gələn həftə yeni məhsullarının təqdimatını keçirəcəyini elan edib. Bu, 2020-ci ilin əvvəlindən etibarən keçiriləcək üçüncü təqdimat olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, şirkətin saytındakı məlumata əsasən, tədbir noyabrın 10-da Kaliforniyada baş ofisdən yayımlanacaq. Şirkət tədbiri "Daha bir yenilik" (One More Thing) ifadəsi ilə elan edib. “Verge” nəşri yazıb ki, ABŞ şirkəti bu ifadəni bir neçə dəfə mühüm texnoloji hazırlamaların təqdimatında istifadə edib. Sonuncu dəfə bu şüar altında 2017-ci ildə “iPhone X” smartfonu təqdim edilib.
Nəşr yazır ki, təqdimat “Mac” kompüterlərində “Apple”ın öz çiplərindən istifadə edilməsinə həsr ediləcək. Şirkət 2005-ci ildən indiyədək sözügedən kompüterdə “Intel” prosessorlarından istifadə edib, halbuki “iPhone” və “iPad” qurğuları “ARM” çipləri ilə təchiz edilib.
Emil Hüseynov