“Juniper Research” şirkəti “Industrial IoT: Future Market Outlook, Technology Analysis & Key Players 2020-2025” adlı tədqiqat apararaq 2025-ci ilədək “Sənaye əşyalar interneti”nə qlobal qoşulmaların sayının 2 dəfədən çox – 2020-ci ildəki 17,7 milyarddan 36,8 milyardadək artacağını açıqlayıb. Yaxın beş ildə daha çox “ağıllı” istehsal sektorunda sürətli inkişaf gözlənilir – 2025-ci ilədək onun payı 22 milyarda yaxın olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, “5G” və “LPWA” (Low Power Wide Area) şəbəkələri emaledici sənaye və real vaxt rejimində məlumatların ötürülməsi və bağlantıların yüksək sıxlığının istehsalın yüksək avtonomluq dərəcəsini təmin edən “ağıllı” fabrik” konsepsiyasının həyata keçirilməsi üçün cəlbedici servis proqramlarının yaradılmasında əsas rol oynayacaq.
Analitiklərin fikrincə, özəl “5G” şəbəkələri yüksək bağlantı sıxlığına malik mühitlərdə iritutumlu məlumatların ötürülməsi üçün ən dəyərli komponent olacaq. “5G” texnologiyası böyük istehsalçılara şəbəkələrin effektivliyini artırmaqla əməliyyat xərclərini azaltmağa imkan verəcək.
Şirkətin proqnozuna görə, 2025-ci ilədək “Sənaye əşyalar interneti”nin dünya bazar dəyərinin 80 faizindən çoxu proqram təminatının payına düşəcək ki, bu da pul ifadəsində 216 milyard dollar təşkil edəcək. Genişləndirilmiş məlumat analizi və şəbəkə boşluqlarının aşkarlanması üçün kompüter təlimindən istifadə edən alətlərə istehsalda tələbat yaranacaq.
Nizam Nuriyev