Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə internet istifadəçilərinin sayı artıb


Gəncə şəhər rabitə şəbəkəsinin ən müasir tələblərə cavab verən yeni texnologiya NGN-lə əvəzlənməsi şəhərdə internet istifadəçilərinin  sayını bir neçə dəfə artırıb.

Bu barədə “ictnews.az”-a məlumatı şəhər telekommunikasiya idarəsinin rəisi Əli Hüseynov verib. Onun sözlərinə görə, “Aztelekom” internet provayderi genişzolaqlı istifadəçilərinin sayı 2400-ə çatıb.

Onun sözlərinə görə, hər ay provayderə qoşulan abonentlərin sayı artır. Bu ilin sentyabr ayında 211, oktyabrda 303, noyabrda 358, dekabrın ilk ongünlüyündə isə 145 qoşulma olub.

O, daha sonra qeyd etdi ki, Gəncədə tələbat daha çox 1024 və 2048 meqabayt sürətləridir.Qeyd edək ki, Gəncədə 8 internet provayderi fəaliyyət göstərir.
 





14/12/11    Çap et