Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Start” menyusunda boşluq aşkarlanıb


“Microsoft” korporasiyası “Start” menyusunda səhvin mövcudluğunu etiraf edib. Bu barədə “Windows Latest” nəşrinin korporasiyanın materiallarına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, bir sıra istifadəçilər sistem interfeysinin, o cümlədən “Start” menyusunun işində nasazlıqlarla qarşılaşıb. Boşluq istifadəçinin interfeys plitkaları ilə işləyə bilməməsində özünü büruzə verir – sistem proqram yeniləməsinin edilməsinin zəruriliyi barədə bildiriş göndərir. İT korporasiyası tərəfindən artıq problem sentyabrda istifadəyə verilən sistemin ilkin quraşdırmasında aradan qaldırılıb. Adi istifadəçilərin sistem yeniləməsi ilə nə vaxt təchiz ediləcəyi barədə məlumat verilmir.

 

Bundan başqa, “Microsoft” mühəndisləri internet bağlantısı ilə əlaqədar səhvin mövcudluğunu etiraf ediblər. O, bir sıra əlavələrin, o cümlədən “Office” və “Microsoft Store”un şəbəkədən ayrılmasında nəzərə çarpır. Nəşrin jurnalistlərinin sözlərinə görə, problem “Windows 10” əməliyyat sisteminin may yeniləməsi seriyalarında qeydə alınıb. Korporasiyanın məlumatına görə, boşluq növbəti yeniləmələrin birində aradan qaldırılacaq.

 

Yenilənmiş “Start” menyusu və “Edge” brauzeri “Windows 10” sisteminin oktyabr yeniləməsində istifadəçilərin ixtiyarına verilib. Onun sistem interfeysi yenidən işlənilərək menyu plitkalarına yarımşəffaf altlıq əlavə olunub. Növbəti yeniləmədə “Start” elementlərinin gecə və gündüz mövzularının tərtibatına adaptasiya ediləcəyi bildirilir.

 

Nizam Nuriyev






04/11/20    Çap et