“Digitimes Research” şirkəti 2020-ci ilin dördüncü rübündə dünyada planşetlərin tədarük həcminin 7,3 faiz artaraq 13 rüb ərzində maksimum göstəriciyə çatacağını proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bu ilin üçüncü rübündə planşetlərin tədarükü rüblük ifadədə 10,5 faiz, illik ifadədə isə 0,4 faiz artıb. Ümumilikdə 43,83 milyon qurğu tədarük edilib.
Üçüncü rübdə tədarük həcminə görə dünyanın aparıcı planşet tədarükçüləri reytinqi dəyişməz qalıb: lider “Apple” şirkətidir. Sonrakı yerlərdə “Samsung”, “Huawei”, “Amazon” və “Lenovo” qərarlaşıb. Dördüncü rübdə “Lenovo” şirkətinin “Huawei” və “Amazon” istehsalçılarını üstələyəcəyi gözlənilir.
10 düymlük və daha böyük modellərin payı üçüncü rübdə “Amazon” və “Lenovo” istehsalı olan 7 və 8 düymlük modellərə tələbatın artması səbəbindən 80 faizdən çox azalıb. “Digitimes Research” şirkətinin proqnozuna görə, dördüncü rübdə 8, 10 və daha böyük düymlük yeni “Samsung” və “Microsoft” modellərinin buraxılışı nəticəsində 10 düymlük planşetlərin payı azalaraq təxminən 65 faiz təşkil edəcək.
Nizam Nuriyev