2020-ci ilin oktyabr ayının nəticəsinə görə, “Huawei Mate 40 Pro” smartfonu ən məhsuldar “Android” qurğu olub. Reytinq populyar “AnTuTu” xidməti tərəfindən dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, birinci yeri 5 nm-lik texnoloji proses üzrə hazırlanmış “Kirin 9000” prosessoru ilə təchiz edilmiş “Huawei” şirkətinin smartfonu tutub. Smartfon reytinqdə 685339 bal toplayıb. İkinci yeri “Snapdragon 865” prosessoruna malik “iQOO 5 Pro”, üçüncü yeri isə “iQOO 5” aparatı tutub.
Yeni “Snapdragon 865 Plus” prosessoru ilə təchiz edilmiş smartfonlar reytinqdə ən yaxşı halda 7-ci yerədək olan pillələrdə qərarlaşıblar.
Emil Hüseynov