"WhatsApp" messencerinə fayl mübadiləsində smartfonun yaddaşının müntəzəm dolması problemini aradan qaldırmağa imkan verən yeni funksiya əlavə olunub. Bundan sonra istifadəçilər iritutumlu kontent axtarmayacaq və qurğu yaddaşını təmizləməyəcəklər: proqram faylları ölçüsünə görə çeşidləyərək onların silinmə üçün tövsiyə olunanlarını bildirəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, yaddaşın idarə olunması üçün yeni alət daha çox yer tutan faylları, təkrar göndərmədə yüklənilənləri göstərərək onları silməyi təklif edir. Toplayıcını "Hamısını sil" bəndi qarşısında işarə qoyaraq bir düyməni basmaqla təmizləmək mümkündür.
Bundan başqa, hazırda "WhatsApp" bütün çatları onların tutduğu yerin həcminə görə çeşidləyərək bildiriş (o cümlədən səsli), foto, qrafik təsvir, sənəd və videoların sayını ayrıca dialoq şəklində göstərir. Zərurət yarandıqda, məsələn, ailə çatındakı bütün yazışmaları silərək yalnız vacib fotoşəkilləri saxlamaq olar.
Yeni funksiyanın bu həftə ərzində istifadəyə veriləcəyi gözlənilir.
Nizam Nuriyev