Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Forbes”: hazırda “Zoom”un dəyəri neft və qaz nəhəngi “ExxonMobil”dən çoxdur


“COVID-19” pandemiyası dövründə populyarlaşan “Zoom” videokonfrans xidmətinin dəyəri hazırda neft və qaz nəhəngi “ExxonMobil”dən çoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, oktyabrın son günlərində “Zoom” xidmətinin bazar qiyməti 139 milyard dollara yaxınlaşıb, halbuki bu vaxt “Exxon” şirkətinin kapitallaşma dəyəri 138,9 milyard dollar səviyyəsində olub. Qeyd edək ki, “Zoom” şirkəti cari ilə 19 milyard dollar kapitallaşma dəyəri ilə başlayıb.

 

“Zoom”un güclənməsi fonunda onun yaradıcısı Erik Yuanın sərvəti son 3 ayda təxminən 2 dəfə artıb.

 

“Zoom” xidmətinin kəskin yüksəlişi koronavirusa görə tətbiq edilmiş məhdudiyyətlər fonunda baş verir və dünyada milyonlarla insan videokonfrans xidmətlərinin köməyi ilə distant iş rejiminə keçməyə məcbur olub.

 

Emil Hüseynov






04/11/20    Çap et