Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli bank "Zolotaya Korona" pulköçürmələr sisteminə qoşuldu
Müştərilərin istəyini nəzərə alaraq “Kapital Bank” "Zolotaya Korona" pulköçürmələr sistemi üzrə də xidmətlərə başlayıb. İndi hesab açmadan “Kapital Bank”ın bütün filiallarında Türkiyəyə, Rusiyaya, Çinə, Belarusa, Qazaxıstana, Ukraynaya, Qırğızıstana, Moldovaya, Tacikistana, Özbəkistana və digər bir sıra ölkələrə "Zolotaya Korona" sistemi vasitəsilə pul köçürmələri aparmaq olar. Bu sistemin əsas üstünlükləri köçürmə qiymətinin xeyli aşağı olmasıdır.
Hər köçürmə üçün komisyon haqqı köçürmə məbləğinin cəmi 1.5%-ni təşkil edir. Komisyon haqqı yalnız pulu göndərən şəxsdən tutulur. Köçürmə cəmi bir neçə dəqiqə ərzində həyata keçirilir. Pulun göndərilməsi, qəbulu prosedurları son dərəcə rahat və sadədir.
14/12/11 Çap et