“Apple” korporasiyası noyabrda keçiriləcək tədbirdə üç yeni qurğusunu təqdim edəcək. Bu haqda mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, İT mütəxəssisi Mark Qurmanın sözlərinə görə, “Apple” şirkəti noyabrın 10-da keçiriləcək tədbirdə üç kompüterini təqdim edəcək: 13 düymlük və 16 düymlük “MacBook Pro” və 13 düymlük “MacBook Air”. İstehsaldakı mənbələr yeni qurğular haqqında olan informasiyanı təsdiq ediblər. Məsələn, “iPhone”nun istehsalı ilə məşğul olan “Foxconn” şirkəti 13 düymlük iki noutbuk modelinin istehsalına sifariş alıb, Tayvanın “Quanta Computer Inc.” şirkəti isə “Apple” üçün 16 düymlük “MacBook Pro” modelini yığacaq.
Mark, həmçinin ABŞ korporasiyasının yeni kompüterləri haqqında təfərrüatları da öyrənməyə nail olub. Onun məlumatına görə, yeni modellər aktual modellərdən yalnız “Intel” prosessorunun yoxluğu ilə fərqlənəcək, noutbukların konstruksiyasında ciddi dəyişiklik edilməyəcək.
Emil Hüseynov