Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Moto G9 Power” smartfonu təqdim edilib


"Motorola" şirkəti yeni "Moto G9 Power" modelini təqdim edərək "Moto G9" smartfonlar xəttini genişləndirməyə davam edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Motorola Moto G9 Power" smartfon modeli 1640x720 piksel təsvir ölçülü 6,78 düymlük IPS ekranla təchiz edilib. Sol küncdə 16 mp-lik ön kamera üçün kiçik dəlik var. Barmaq izləri skaneri arxa tərəfdə yerləşdirilib.

 

Aparatın əsas kamerası f/1.79 diafraqmalı işıq gücü yüksək olan obyektivə malik 64 meqapiksellik sensorla təchiz edilib. Əlavə olaraq portret rejimində çəkiliş və makroçəkiliş üçün hər birinin təsvir ölçüsü 2 mp olan iki modul nəzərdə tutulub.

 

Aparat 8 nüvəli "Qualcomm Snapdragon 662" prosessoru, 4 QB-lıq əməli yaddaş və 128 QB-lıq daşıyıcı (tutumunu artırmaq mümkündür) ilə təchiz edilib. "USB Type-C" konnektoru vasitəsilə 20 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 6000 milliamper/saat tutumlu akkumulyator cihazın avtonom işini təmin edir. Əlavə olaraq 2 SİM kart dəstəyini, qulaqlıqlar üçün 3,5 mm-lik konnektorun mövcudluğunu və NFC vasitəsilə simsiz ödəniş imkanını qeyd etmək olar.

 

200 avro dəyərində olan yeni smartfon artıq Avropada satışa çıxarılıb.

 

Emil Hüseynov






06/11/20    Çap et