Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” smartfonlar üçün yeni kamera hazırlayıb


Çinin “Xiaomi” şirkəti smartfonlar üçün arxa paneldən irəliyə doğru gələn kamera üzərində işlədiyini elan edib. Brendin nümayəndələri innovativ hazırlama haqqında “Xiaomi Developer Conference”da məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Çin şirkətindən bildirilib ki, tamölçülü kameraların obyektivləri onları bu işə ilhamlandırıb. Prototip böyük diafraqma ilə təchiz edilib ki, bunun sayəsində ötürülən işığın miqdarı 300% artıb. Bu, zəif işıqlandırma vaxtı çəkilmiş şəkillərin keyfiyyətini kəskin yüksəltməyə imkan verəcək.

 

Məlumata görə, belə kameraya malik smartfon şəkli daha yaxşı sabitləşdirə biləcək və deməli, şəkillər daha təmiz olacaq.

 

Emil Hüseynov






06/11/20    Çap et