Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” təhsil üçün yeni ucuz noutbukunu təqdim edib


Çinin “Xiaomi” şirkəti təhsil üçün ucuz portativ kompüterini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Mi Notebook 14 e-Learning Edition” adlandırılmış noutbuk 2,1 QHs takt tezlikli 10-cu nəsil “Intel Core i3-10110U” prosessoru, “Intel UHD Graphics 620” qrafik kartı, 8 QB DDR4 tipli əməli yaddaş, 256 QB-lıq SSD daşıyıcı ilə təchiz edilib.

 

Noutbuk 14 düymlük “FullHD” təsvir ölçülü ekran, HD təsvir ölçülü vebkamera, 2 dinamik və bütün əsas rabitə standartları ilə təchiz edilib. “USB 3.1 Gen 1”, “USB 2.0”, “HDMI” portları və qulaqlıqlar üçün konnektor var. Noutbuk 10 saatadək avtonom işləyə bilir.

 

“Mi Notebook 14 e-Learning Edition” noutbukunun qiyməti 470 dollar təşkil edir.

 

Emil Hüseynov






06/11/20    Çap et