Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın əməliyyat sistemlərində sıfır-gün boşluqları aşkar edilib


“Google” şirkətinin mütəxəssisləri “Apple”ın əməliyyat sistemlərində sıfır-gün boşluqları aşkar ediblər. Aşkar edilmiş boşluqlar daha əvvəl “Windows” və “Chrome”da tapılmış boşluqlar kimi eyni xarakterə malikdir. Haker şriftlərə müdaxilə edərək sistemi zərərverici kodu yerinə yetirməyə məcbur edə bilər. “Apple” şirkəti “iOS 12.4.9”, “macOS Catalina 10.15.7”, “iPadOS 14.2” və “watchOS 5.3.8”, 6.2.9, 7.1 sistemlərinə düzəlişlər edib və istifadəçilərə sistemlərini yeniləməyi tövsiyə edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, ənənəvi olaraq sıfır-gün boşluqları haqqında məlumatlar ətraflı şəkildə açıqlanmır ki, istifadəçilər sistemlərini vaxtında yeniləyə bilsin və hakerlər tez bir zamanda yeni eksploit hazırlaya bilməsinlər.

 

Emil Hüseynov






06/11/20    Çap et