Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil kompüter çipi hazırlanıb


İsveçrə mühəndisləri tərəfindən hazırlanmış yeni nəsil kompüter mikrosxemi iki funksiyanı (məlumatların saxlanması və işlənməsi) özündə birləşdirir. Bu, daha yığcam, sürətli və enerji cəhətdən səmərəli qurğular hazırlamağa imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, indiyədək kompüter mikrosxemlərinin enerji səmərəliliyi hazırda istifadə edilən Neyman Fon arxitekturası ilə məhdudlaşırdı. Bu arxitektura məlumatların saxlanılması və işlənməsinin iki ayrı blok tərəfindən yerinə yetirilməsini nəzərdə tutur. Bu isə o deməkdir ki, məlumatlar daima iki qurğu arasında ötürülməlidir ki, bu da xeyli vaxt və enerji tələb edir.
 
Mühəndislər tərəfindən hazırlanmış inqilabi texnologiyaya əsasən 2D material məntiqi əməliyyatları yaddaş funksiyası ilə birləşdirən vahid arxitekturanın yaradılmasında istifadə olunur.
 
Emil Hüseynov





07/11/20    Çap et