1 il sonra “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən köhnəlmiş smartfon və planşetlər internetdəki saytların təxminən üçdə birini aça bilməyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, 2021-ci il sentyabrın 1-dən bütün brauzer və əməliyyat sistemləri “Let's Encrypt” sertifikatı olmadan uyğun saytlar və xidmətlərlə işləyə bilməyəcək. Bu isə qlobal internetin təxminən 30% resursunu əhatə edir.
“Android 7.1.1” və daha aşağı versiyaların idarəetməsi altında işləyən qurğular köhnəlmiş hesab edilir.
Smartfon və ya planşetə kök sertifikatını saxlaya bilən “Mozilla Firefox” brauzerini quraşdırmaqla bu problemi aradan qaldırmaq olar. Amma sözügedən proqram “Android 5.0” və daha yuxarı versiyaların idarəetməsi altında işləyən cihazları dəstəkləyir.
Emil Hüseynov