Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows 10” sisteminin idarəetməsi altında işləyən kompüterləri məcburi yeniləyəcək


“Microsoft” şirkəti istifadəçilərin razılığı olmadan “Windows 10” əməliyyat sisteminin köhnəlmiş versiyasını yeniləmək niyyətindədir. Bu haqda “Windowslatest” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, söhbət 2019-cu ilin mayında təqdim edilmiş kod nömrəsi 1903 olan “Windows 10” quraşdırmasından gedir. İndi 20%-dək kompüter bu əməliyyat sisteminin idarəetməsi altında işləyir, bu quraşdırmanın dəstəyi isə 2020-ci il dekabrın 5-də bitir.

 

“Microsoft” korporasiyası kompüterləri avtomatik olaraq 1909 versiyasınadək yeniləməyə qərar verib. “Windows 10 Home” istifadəçiləri yeniləmədən imtina edə bilməzlər, amma “Pro” versiyada yeniləmə xidmətini sadəcə deaktiv etmək olar. “Windows 10 Enterprise” və “Education” versiyaları ilə işləyən kompüterlər daha iki il dəstəklənəcək.

 

Emil Hüseynov






10/11/20    Çap et