“IDC” şirkətinin analitikləri 2020-ci ildə qlobal rabitə xidmətləri və ödənişli televiziya bazarı üzrə qiymətləndirməni bir qədər yaxşılaşdırıblar. Gözləntilərə görə, gəlir 1,1% azalacaq və 2019-cu ildə əldə edilmiş 1,58 trilyon dollara qarşı 1,56 trilyon təşkil edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, kiçik düzəliş Asiya-Sakit okean regionunda, xüsusilə Çində operatorların gözləniləndən yüksək rüblük nəticələri ilə bağlıdır. Mütəxəssislər telekommunikasiya şirkətlərinin son maliyyə uğurlarını Çinin iqtisadiyyatının sürətli bərpasının məntiqi nəticəsi hesab edirlər. Asiya-Sakit okean regionu bazarı üzrə yeni qiymətləndirmə əvvəlki kimi mənfi dinamikanı nəzərdə tutur, amma indi analitiklər hesab edirlər ki, o, daha az olacaq. 2019-cu illə müqayisədə gəlir 0,6% azalaraq 477 milyard dollar təşkil edəcək.
Emil Hüseynov