Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” intihara meyilli insanlara kömək edəcək
“Facebook” sosial şəbəkəsi yeni funksiya yaradıb. Bu funksiya vasitəsilə istifadəçilər öz dostunun, tanışının və ya qohumunun intiharı haqqında bildirə bilərlər.
İntihar xarakterli yazılar görən “Facebook” abunəçiləri indi bu barədə administrasiyaya tez məlumat verə bilərlər. Xəbərdarlıq alan sosial şəbəkə intiharların qarşısının alınması üzrə Milli mərkəzin konsultantları ilə əlaqə saxlamaq təklifi ilə intihar etmək istəyənə məktub göndərəcək.
Məktubda bu təşkilatın telefon nömrəsindən əlavə, mütəxəssislərlə məxfi çat-söhbət aparılması üçün bağlantı da göstəriləcək.
Yeni funksiyadan yalnız ABŞ və Kanadada istifadə etmək mümkündür. Qeyd edilir ki, hər gün təxminən 100 amerikalı intihar edir; “Facebook” bu göstəricini bir qədər azaltmağa ümid edir.
14/12/11 Çap et