“Apple” şirkətinin yeni kompüterləri bir sıra məhdudiyyətlərə malikdir. Bu haqda “MacBook” noutbuklarının təqdimatında məlumat verilməyib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Apple”ın öz prosessoru ilə təchiz edilmiş “MacBook Pro” versiyası yalnız 2 ədəd “USB-C” portuna malikdir ki, bu da “Intel”in ən ucuz versiyasına uyğundur. Bundan başqa, noutbuka kənar videokart qoşmaq olmur, hərçənd portlar “Thunderbolt” texnologiyasını dəstəkləyir. Əlavə qrafik imkanlara ehtiyacı olan dizayner və istehsalçılar tez-tez bu xüsusiyyətdən istifadə edirlər.
“MacBook Pro” noutbuku yalnız 16 QB əməli yaddaş ilə olan konfiqurasiyada əlçatandır, halbuki “Intel” ilə olan versiya 32 QB dəstəkləyir.
Emil Hüseynov