“Samsung” şirkətinin qabaqcıl “Galaxy S20” və “Galaxy Note20” smartfon modellərinin istifadəçiləri qurğularda enerjinin toplanılması ilə bağlı yaranan problemdən şikayət etməyə başlayıblar. Bu barədə “Android Police” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, qurğu sahiblərinin sözlərinə görə, sürətli simsiz enerjidoldurma funksiyası əməliyyat sisteminin planlı yeniləmələrindən sonra yoxa çıxıb. Hazırda smartfon beş vatlıq standart güclə enerji toplayır.
Qeyd edək ki, sürətli simsiz enerjidoldurma funksiyasının istifadə olunub-olunmamasını müəyyənləşdirmək üçün smartfonun bloklama ekranında müvafiq bildiriş göstərilir.
Nizam Nuriyev